Fransa Prezidenti Emmanuel Makronun gələn həftə Ukraynanın paytaxtı Kiyevə səfəri gözlənilir.
Bu barədə “Fiqaro” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Makron səfəri zamanı Ukraynaya “Caesar” 155 m çağlı haubitsanın ikinci partiyasını tədarük etdiklərini açıqlayacaq.
Qeyd edək ki, Fransa artıq bu hərbi texnikanın birinci partiyasını Ukraynaya verib. Ondan döyüşlərdə istifadə edilir. Bu haubitsa 40 km-lik məsafədə yerləşən hədəfi vura bilir.
Ukraynadakı müharibəyədək Fransa ordusunda 76 “Caesar” olub…
Yelisey Sarayı Makronun gələn həftə mümkün səfərləri ilə bağlı məlumatları hələlik nə təsdiq, nə də təkzib edib.
Onu da qeyd edək ki, Fransa Prezidenti sonuncu dəfə Kiyevdə rəsmi səfərdə fevralın 8-də - Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl olub.