Yunanıstanın aqressiv hərəkətləri cavabsız qalmayacaq
HULUSİ AKAR XƏBƏRDARLIQ ETDİ

Yunanıstanın Türkiyəyə qarşı yönəlmiş istənilən təxribatına adekvat cavab verilməsi davam edəcək. 

 

Senzor.az bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Afinanın təxribatçı və aqressiv hərəkətləri nəticəsində Egey və Şərqi Aralıq dənizində yaranmış gərginliyi şərh edərkən deyib.

 

Akar, İzmir vilayətinin Çiğli bölgəsindəki aviabazada pilotluq kurslarının məzunları üçün keçirilən buraxılış mərasimində bildirib: “Biz bundan əvvəl Yunanıstanın bütün ədalətsiz və qeyri-qanuni təcavüz aktlarına istisnasız olaraq cavab vermişik və bundan sonra da verəcəyik”. 

 

Akar xəbərdarlıq edib ki, Türkiyə heç bir halda bölgədəki qanuni maraqlarından geri çəkilməyəcək. "Heç kim bizi fakt qarşısında qoya bilməz, qoy bunu hamı bilsin", - deyə o bəyan edib.

 

Eyni zamanda, nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi “yaxşı qonşuluq münasibətləri, dostluq, sülh və Egeydə resursların ədalətli bölüşdürülməsi”nin tərəfdarıdır.

 

Onun sözlərinə görə, “Ankara yalnız beynəlxalq hüquq normalarına və müvafiq sazişlərin müddəalarına əməl etməyə çalışır”. Müdafiə Nazirliyinin başçısı təəssüflə bildirib ki, Türkiyənin dialoq çağırışları Yunanıstan tərəfindən eşidilməyib.

 

“Qonşu Yunanıstanda bəzi siyasətçilər Türkiyəyə qarşı düşmənçilik, təxribat xarakterli hərəkətlərini və ritorikasını inadla və israrla davam etdirirlər. Bununla onların Yunan xalqına da böyük ziyan vurduqlarının bilinməsini istəyirik. Yunanıstanda bəzi təqaüdçü hərbçilərin, bəzi siyasətçilərin, bəzi universitet professorlarının nədən danışdığımızı başa düşməsini və bu barədə öz sözünü dediyini görməkdən də məmnunuq. Biz ən qısa zamanda dialoq və konstruktiv atmosfer yaratmağı, verdiyimiz vədləri yerinə yetirməyi və razılaşmalara əməl etməyi səbirsizliklə gözləyirik. Yunan tərəfinin minlərlə ada arasında Türkiyəyə ən yaxın olan adalara yüksək səviyyəli səfərləri, bəzi mərasimlər, aksiyalar, çıxışlar və digər bu kimi təxribatlarla heç nə əldə etməyəcəklərini başa düşməsini gözləyirik”, - deyə Akar bildirib.

 

Nazir xatırladıb ki, Yunanıstan mövcud razılaşmaları pozaraq Egey dənizindəki bir sıra adaları hərbiləşdirib.

 

Hulusi Akar əlavə edib ki, Türkiyə heç kimə təhlükə yaratmır, əksinə, “güclü, etibarlı və effektiv müttəfiqdir”.

 

“Türkiyə sülh yolunda hər zaman bir addım öndə olub və hər zaman barışığa əl uzadıb. Bu sülh əli bütün qonşularımıza da xeyir verir. Bununla belə, Türkiyənin mehriban qonşuluq münasibətləri çərçivəsində dialoqa çağırışları zəiflik kimi qəbul edilməməlidir”, - deyə nazir fikrini yekunlaşdırıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.