İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması prosedurunun başlaması təşkilatın Tacikistanda keçiriləcək növbəti sammitində elan ediləcək.
Azvision.az bu barədə İran mətbuatına istinadla xəbər yayıb.
İranın qoşulması ilə təşkilata üzv ölkələrinin sayı 9 olacaq. Xatırladaq ki, ŞƏT-in sammiti 16-17 sentyabrda Düşənbədə keçiriləck.
Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.
Əfqanıstan, Belarus, İran və Monqolustan müşahidəçi-ölkələr, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Şri-Lanka, Ermənistan isə tərəfdaş ölkələrdir.