“Rusiya Prezidenti Vladimir Putin təkcə Ukraynanı işğal etməyib. O, müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir, çünki onun sadəcə mövcud olmadığına inanır. "Görün o (Putin - red.) nə edir”.
Bunları ABŞ Prezidenti Cozef Bayden deyib.
"O, təkcə qalanları yer üzündən silmir. Onların bütün mədəniyyət ocaqlarını, muzeylərini, məktəblərini, attraksionlarını məhv edir. O, Ukrayna xalqının mədəniyyətini məhv etməyə çalışır”, - Bayden bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, kənarda qalmaq və Ukraynanı dəstəkləməmək mövqeyi qəbuledilməzdir, bu isə o deməkdir ki, Qərb iqtisadi problemlərə baxmayaraq, Ukraynaya yardımı davam etdirəcək.
"Bizim dayanıb bunun baş verməsinə icazə verə biləcəyimiz ideyası sadəcə qeyri-mümkündür. Mümkün deyil. Və buna görə də biz NATO-nu gücləndirmişik, buna görə də Ukraynaya kömək edirik", - Bayden əlavə edib.(“Report”)