Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 21:33-də meydana gələn yeraltı təkanların episentri yerin 18,36 kilometr dərinliyində qeydə alınıb.
Van valisinin açıqlamasına görə, hələlik dağıntı və tələfat aşkar olunmayıb. Araşdırmalar davam edir.