Türkmənistanın yeni Prezidenti Rusiyadan sonra İrana getdi – RƏSMİ SƏFƏR

 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə bu ölkəyə iki günlük rəsmi səfərə gedib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkmənistan Prezidentini hava limanında İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi qarşılayıb.

 

İki ölkə prezidentlərinin görüşü-rəsmi mərasim Səadabad mədəni-tarixi kompleksində olacaq.

 

Səfər çərçivəsində iki ölkə arasında ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq. 

 

Müzakirələrdə Türkmənistan qazının ixracı məsələsinə də toxunulacaq.

 

Qeyd edək ki, Türkmənistan İrandan tranzit keçməklə Azərbaycana 1 milyard kubmetrdən çox qaz ixrac edir. Müzakirələrdə İrandan qaz tranzitinin artırılması məsələsi əsas müzakirə mövzusu olacaq.

  

Onu da qeyd edək ki, bu, Sərdar Berdiməhəmmədovun Prezident seçildikdən sonra ikinci xarici səfəridir. Bundan əvvəl o, Rusiyada səfərdə olmuşdu.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.