Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına əsasən, dövlət başçıları dünyada hökm sürən qeyri-stabil vəziyyətə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı dinamik inkişafını saxladığını vurğulayıblar.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.