Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyəyə səfər edəcək.
"Euronews" xəbər verir ki, səfər zamanı nazir Suriya, İsveç və Finlandiyanın NATO-ya müraciətləri, həmçinin Ukraynadan taxıl ixracı məsələlərini müzakirə etməyi planlaşdırır.
Nazirin sözlərinə görə, Böyük Britaniya Türkiyəni Odessa limanı vasitəsilə taxıl ixracında istənilən razılaşmanın mümkün zamini hesab edir.
İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı müraciətinə gəlincə, Uolles Türkiyənin narahatlığını dinləməyin "vacib" olduğunu bildirib.