Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya gəliblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Emmanuel Makron Kiyevdə ilk bəyanatla çıxış edib. O, Avropa İttifaqının Ukrayna xalqı ilə tam həmrəy olduğunu vurğulayıb: “Biz Avropa İttifaqının dəstək ismarışını da gətirmişik. Bu, çox vacib məqamdır. Ukrayna Prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq”.
Bildirilib ki, iyunun 16-da yerli vaxtla saat 14.00-da Emmanuel Makron, Olaf Şolts və Mario Draqi səfərin yekunu ilə bağlı mətbuat konfransı keçirəcəklər.
Sonra Fransa Emmanuel Makron, Olaf Şolz və Mario Draqi İrpenə səfər ediblər. Rumıniya prezidenti Klaus Yohannis də Kiyevətrafı ərazilərə səfər edib.
Qeyd edilir ki, İrpenə səfərləri zamanı dörd Avropa ölkəsinin liderlərinə şəhərin ruslar bura gələnə qədər və gedəndən sonra nə halda olduğunu əks etdirən fotoşəkillər və videolar nümayiş etdirilib.
Mario Draqi İrpenin yerli hakimiyyət orqanlarına müraciət edərək, bütün dünyanın onların tərəfində olduğunu bəyan edib.
**09:37
Fransa, Almaniya və İtaliya liderləri - Emmanuel Makron, Olaf Şolts və Mario Draqi Ukraynaya səfər ediblər.
Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat yayıb.
Telekanal siyasətçilərin qatarda masa arxasında qeyri-formal şəraitdə müzakirə apardıqlarının fotosunu da yayımlayıb.
Senzor.az ekspertlərə istinadən bildirir ki, Kiyevdəki danışıqlarda əsas müzakirə mövzuları böyük ehtimalla, Ukraynaya silah tədarükü və bu ölkənin Avropa İttifaqı üzvlüyünə namizəd statusu almasına dəstək göstərilməsi olacaq.