Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirləri toplantısı çərçivəsində Belçikanın Brüssel şəhərində bir sıra görüşlər keçirir.
Türkiyənin NTV telekanalı bildirib ki, ikitərəfli görüşlərdən sonra Hulusi Akar Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Ukraynanın müdafiə naziri Oleksey Reznikovla üçtərəfli görüş keçirib.
Görüşdə tərəflər Ukraynadakı son vəziyyəti, Ukrayna limanlarında taxıl dolu gəmilərin təhlükəsiz şəkildə ölkə xaricinə daşınması, “A400M” təyyarələrinin Türkiyəyə təhlükəsiz çatdırılması mövzularını müzakirə ediblər.