Fransa İtaliya, Rumıniya və Almaniya ilə birlikdə Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun vaxtından əvvəl verilməsini dəstəkləyəcək.
Senzor.az bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İtaliya, Rumıniya və Almaniya liderlərinin iştirakı ilə Kiyevdə keçirilən birgə mətbuat konfransında deyib.
“Biz dördümüz də dərhal namizəd statusunun verilməsini dəstəkləyirik. Bu status yol xəritəsi ilə müşayiət olunacaq, həmçinin Balkanlarda və qonşu ölkələrdə, xüsusən də Moldovada vəziyyət nəzərə alınacaq”, - deyə Fransa lideri əlavə edib.