İrəvanda KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclası keçirilir

İrəvanda KTMT-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclası başlayıb. 

 

Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, iclası Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıb.

 

O, çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30-cu ildönümü münasibətilə tədbirə gələnləri təbrik edib, bu yubileyin hərbi-siyasi strukturun gələcək inkişafı baxımından mühüm mərhələ olduğunu bildirib.

 

O, iştirakçılara Təşkilat çərçivəsində birgə fəaliyyətlərində uğurlar arzulayıb.

 

İclasda KTMT-nin baş katibi Stanislav Zas da iştirak edir.

 

Daha əvvəl bildirilmişdi ki, iclas zamanı KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komandanlıq-nəzarət orqanlarının, qüvvə və vasitələrinin 2023-cü il üçün birgə hazırlığı Planı və bir sıra digər sənədlər Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin təsdiqinə təqdim olunacaq. 

 

Xatırladaq ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Bu il təşkilata Ermənistan sədrlik edir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.