
Məlumatı BFM TV yayıb.
“Qadınlar üçün şəriət qanunlarına uyğun vəzifələrimiz olacaq. Bu, başlanğıcdır, ancaq qadınlar üçün bir yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim ikinci mərhələmiz olacaq”, - deyə Mücahid bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ölkəni idarə etməkdə iştirak tələbi ilə Kabildə qadınlar etiraz aksiyası keçirmişdilər.