Ermənistanın katolikosu II Qaregin özünə mavzoley tikdirir.
“Hraparak” nəşrinin məlumatına görə, ideyası II Qareginə məxsus olan və katolikosların dəfni üçün nəzərdə tutulan xüsusi məzar evi demək olar ki, hazırdır. 25-ə yaxın patriarxın dəfni üçün tikilən bu nəhəng məqbərədə əvvəlcə keçmiş katolikoslar yenidən dəfn ediləcəklər. Gələcəkdə ölən din rəhbərlər də burada basdırılacaq.
Qeyd edilir ki, məqbərənin hazırlanması ilə paralel olaraq, aidiyyəti qurumlar keçmiş din xadimlərini yenidən dəfn etməyə imkanlarının olmadığını başa düşüblər.
"Yesa Artenyan ata bizimlə söhbətində qeyd etdi ki, şamların yandırılması üçün zalın və türbənin tikintisi ilin sonuna kimi başa çatdırılacaq. Biz keşiş Artenyandan məqbərənin tikintisinə nə qədər vəsait xərcləndiyini soruşduqda, o, tikinti işlərinin hələ də davam etdiyini, xeyriyyəçinin bunu münasib hesab edəcəyi təqdirdə və işlər bitdikdən sonra açıqlayacaqlarını dedi", - nəşr yazıb.