Britaniyalılar London küçələrinə çıxdılar
BAHALAŞMAYA ETİRAZ

Böyük Britaniyanın paytaxtında şənbə günü ölkədə bahalaşmanı pisləyən aksiya keçirilib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Britaniya Həmkarlar İttifaqı Konqresinin təşkil etdiyi aksiyada iştirak edənlər inflyasiyanın artması fonunda hökumətdən maaşların artırılmasını tələb ediblər.

 

Portland Pleysdən başlayan yürüş Parlament meydanında başa çatıb.

 

Nümayişçilər “Bəsdir!”, “Maaşları artırın, ödənişləri azaldın!”, “Hamı üçün təhlükəsiz ev!” sözləri yazılmış plakatlar qaldırıblar.

 

Bəzi iştirakçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

 

Ekspertlərin dediyinə görə, Böyük Britaniyada əmək haqları demək olar ki, 15 ildir dəyişməz qalıb və bu, inflyasiya şəraitində real gəlirlərin azalmasına gətirib çıxarır.

 

Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən indiyədək həyat standartlarında ən böyük enişlə üzləşmək riski ilə qarşılaşdığı barədə xəbərdarlıq edib.

 

Aprel ayında Böyük Britaniyada illik inflyasiya 9%-ə qədər sürətlənib ki, bu isə son 40 ilin ən yüksək göstəricisidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.