Tbilisidə Avrointeqrasiyaya kütləvi dəstək aksiyası keçirilir – PREZİDENTDƏN XALQA ÇAĞIRIŞ
HÖKUMƏTDƏN MƏNFİ REAKSİYA

Gürcüstanın paytaxtı Tbilisidə ölkənin Avropaya inteqrasiyasına kütləvi dəstək aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Ayıbdır” hərəkatının parlamentin binası qarşısında təşkil etdiyi “Evə - Avropaya” adlı mitinqə minlərlə insan qatılıb.

 

Qanunverici orqanın qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Mitinqə Avropa meydanına yürüşlə yekun vurulacaq.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin binası yanına toplaşanları xüsusi müraciətlə salamlayaraq bildirib ki, bu gün insidentsiz və dinc keçməlidir. 

Qeyd edək ki, bir müddət əvvəl Zurabişvili siyasi baxışlarına görə aksiyada iştirak etməyəcəyini bəyan etmişdi.

 

"Mən bu gün nümayiş üçün toplaşan bütün insanları salamlamaq istəyirəm. Simamızı göstərmək çox vacibdir və bu sima sakit olmalıdır. Biz bilirik ki, biz nə istəyirik, hansı Avropanı və hansı Gürcüstanı istəyirik. Bizim nümayiş etdirmək istədiyimiz məhz budur. Mən hamıya müraciət edirəm ki, heç kəs oraya insident naminə getməsin", - Zurabişvili bildirmişdi.

 

O, həmçinin aksiyada əmin-amanlığın təmin olunması üçün polis əməkdaşlarına müraciət edib.

 

Gürcüstan hökuməti isə aksiyanı olduqca mənfi qarşılayıb. Baş nazir İrakli Qaribaşvili mitinqi destruktiv qüvvələrin təşkil etdiyini bildirib. Hökumət vətəndaşları təxribatlara uymamağa çağıraraq ölkədə qeyri-sabitliyin yaradılmasına yol verilməyəcəyini bəyan edib. 

“Evə - Avropaya” şüarlı aksiya bu gün Gürcüstanın bir sıra digər şəhərlərində də baş tutub.

 

“Report” xatırladır ki, bu gün həmçinin “Qavrilov gecəsi”ndən üç il ötür. 2019-cu il iyunun 20-də Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstana səfərinə qarşı Tbilisidə keçirilən aksiyada iştirakçılar və polis arasında yaranan qarşıdurma zamanı təxminən 300 nəfər saxlanılmış, 100-dən çox insan xəsarətlər almışdı. Rezin güllə ilə iki gəncin gözü çıxarılmışdı. Həmin mitinqdən sonra parlament qarşısında aksiyalar bir neçə ay davam etmişdi...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.