ABŞ Prezidenti Co Bayden Konqresi yeni pandemiyaya hazırlaşmağa və koronavirusun nəticələrini nəzərə alaraq büdcə planlaşdırmağa çağırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o bunu COVID-19 peyvəndinin beş yaşınadək uşaqlar üçün istifadəsi ilə bağlı çıxışı zamanı deyib.
"İkinci pandemiyanı planlaşdırmaq üçün bizə daha çox pul lazımdır. Daha bir pandemiya olacaq. Biz qabaqcadan düşünməliyik. Ona görə də bizə pul lazımdır”, - C. Bayden deyib.
Xatırladaq ki, hələ mart ayında Ağ Ev ABŞ Konqresini COVID-19 ilə mübarizə üçün əlavə 22,5 milyard dollar ayırmağa çağırıb. Vəsait peyvəndlərin alınmasına və səhiyyə sistemini lazım olan hər şeylə təmin etməyə sərf olunacaq. Bayden administrasiyasının rəsmiləri tezliklə yeni bir koronavirus infeksiyası dalğası ilə qarşılaşacaqlarından ehtiyat edirlər.