Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı müvəqqəti hökumətin inauqurasiyasını ləğv edib.
Bu barədə hərəkatın nümayəndəsi İnamullah Samanqani “Twitter” səhifəsində yazıb.
O, inauqurasiyanın bir neçə gün əvvəl ləğv olunduğunu deyib, lakin səbəb göstərməyib. Həmçinin, yeni hökumətinin nümayəndəsi 11 sentyabr inauqurasiyası ilə bağlı məlumatların sadəcə şayiə olduğunu söyləyib.
Samanqani, hökumətin bir hissəsinin artıq işə başladığını əlavə edib. Yeni hökumətin inauqurasiyasının gələcəkdə baş tutub-tutmayacağı açıqlanmayıb.
Azvision.az xatırladır ki, bu mesaj müxtəlif ölkələrdən Əfqanıstanın yeni hökumətinin andiçmə mərasimində iştirakdan imtina etmələri ilə bağlı bəyanatlar fonunda ortaya çıxıb.