Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Alyans rəhbəri “Tvitter” səhifəsində yazıb.
“Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya müraciətlərini müzakirə etdik. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq”, - Y.Stoltenberq bildirib.
Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda Alyansa qoşulmaq üçün NATO-nun Baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.