Gürcüstanda müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Nika Melia 3 iyul saat 20:00-a mitinq elan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə müxalif düşərgənin lideri özünün "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "İvanişvilinin rus təbliğatı öz gücünü itirir. Məni ən çox sevindirən şey odur ki, biz getdikcə özümüzdə dəyişiklik gücünü tapırıq. İçinizdəki şeylər dəyişdikdə, ətrafınızdakılar da dəyişir. Belə anlarda daha yaxşı gələcək qaçılmaz olur".