Madridin mərkəzində NATO sammitinin keçirilməsinə qarşı yürüş keçirilib.
Rossaprimavera.ru saytının yazdığına görə, etiraz aksiyası əsasən solçu partiyalardan ibarət Koordinasiya Bloku tərəfindən təşkil olunub.
Aksiyada beş minə yaxın nümayişçi iştirak edib.
Etirazçılar alyansın İspaniya ərazisindəki hərbi bazalarına qarşı çıxıblar.
Qeyd edək ki, iyunun 28-30-da Madriddə NATO sammiti keçiriləcək.