Rusiya iyunun 27-də dövlət borcu öhdəlikləri üzrə defolt (Maliyyə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi; borcların ödənilməməsi, maliyyə müflisləşməsi-red.) edib.
Senzor.az “Bloomberg“ə istinadən bildirir ki, dövlət istiqrazları üzrə vaxtı keçmiş ödənişlərin 100 milyon dollarının ödənilməsi ilə bağlı güzəşt müddəti bazar ertəsinə keçən gecə başa çatıb.
Agentliyin fikrincə, Rusiya özünü defolt elan edəcək. Rusiya Federasiyası borcu ödəmək istəyir, bunun üçün vəsaiti var, lakin Qərbin tətbiq etdiyi sanksiyalar bu imkanı məhdudlaşdırır.
Qeyd edilir ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur. Daha dəqiq desək, bu, o vaxt hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.