Zelenski G7 sammitində müharibənin nə vaxt bitəcəyini açıqladı və...
UKRAYNA ÜÇÜN TƏHLÜKƏSİZLİK TƏMİNATI İSTƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın başlatdığı müharibəni 2022-ci ilin sonuna qədər bitirmək istədiyini bildirib.

 

Senzor.az-ın məlumatına görə, Sky News Avropa diplomatik dairələrindəki iki mənbəyə istinadən xəbər verir ki, Zelenski G7 liderlərinin sammitində çıxışı zamanı məhz bu tarixi göstərib.

 

Berlində keçirilən G7 sammitində videokonfrans vasitəsilə çıxış edən Ukrayna Prezidenti öz Telegram kanalında Rusiyanın işğalı ilə mübarizədə müdafiə və maliyyə yardımına görə G7 dövlətlərinə təşəkkür etdiyini bildirib.

 

"Böyük yeddilik ölkələrinin sanksiyalarla bağlı ardıcıl mövqeyi də bizim üçün vacibdir. Onlar daha da gücləndirilməlidir, xüsusən də təcavüzkarın ixrac etdiyi neftin qiymətini məhdudlaşdırmaqla", - o əlavə edib.

 

Bu arada Reuters avropalı diplomatlara istinadən yazıb ki, sammitdə çıxış edən Zelenski Ukraynaya aşağıdakı məsələlərdə dəstəyin artırılmasını istəyib:

 

-hava hücumundan müdafiə sistemləri ilə təminatda;

 

-Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməkdə;

 

-Ukrayna üçün təhlükəsizlik zəmanətlərində;

 

-taxıl ixracına yardımda;

 

-müharibədən sonra Ukraynanın yenidən qurulmasına köməkdə.

 

Xatırladaq ki, bir müddət əvvəl G7 ölkələrinin, Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirmək niyyətində olduğu bildirilmişdi.

 

Xüsusilə, Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasına dəstək verən şirkətlərin Amerika texnologiyalarına çıxışını bağlamağı planlaşdırır.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.