İyunun 27-də Moldova Prezidenti Maya Sandu Ukraynaya işgüzar səfərə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Moldova Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Maya Sandu səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Səfər zamanı M.Sandu Kiyev vilayətinin Borodyanka, Buça və İrpen şəhərlərində də olacaq.