Türkiyə Prezidentİ Rəcəb Tayyib Ərdoğan NATO-nun liderlər zirvəsinin keçiriləcəyi Madriddə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
Senzor.az bildirir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
O qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.
NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini diqqətə çatdırıb.