Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 214 nəfər həyatını itirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 318 835 nəfər test edilib, onların 23 562-nin testi pozitiv nəticə verib, 35 083 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla,101 048 667 peyvənd tətbiq edilib.