ABŞ Prezidenti Cozef Bayden NATO-nun tarixi sammitində iştirak etmək üçün Madridə gəlib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu gün ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes arasında ilk rəsmi görüş keçiriləcək.
Görüşdə Ukraynadakı vəziyyət, Sahel regionunda qeyri-sabitlik, Latın Amerikası ilə münasibətlər, ispan mallarına bəzi tariflərin saxlanması, həmçinin ABŞ hərbçilərinin Rota (Kadis) və Moron de la Frontera (Sevilya) bazalarında olması müzakirə olunacaq.
Həmin gün Kral VI Filip Co Baydeni qəbul edəcək.