Rusiya Prezidenti Vladimir Putin Tacikistanda işgüzar səfərdədir.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, o, Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla danışıqlar aparacaq.
Daha sonra Vladimir Putin “Xəzər beşliyi”nin sammitində iştirak etmək üçün Tacikistandan Türkmənistanın paytaxtı Aşqabada yollanacaq.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Putin və Rəhmon ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticari-iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar, miqrasiya sahələrini müzakirə edəcəklər.