Putin və Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyəti müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki,  bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.

 

Məlumata görə, danışıqlarda prezidentlər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiriblər. Bu kontekstdə Emoməli Rəhmon və Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə işgüzar səfərlə gedib və bu, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri onun ilk xarici səfəridir.

 

Onu da qeyd edək ki, Rusiya dövlət başçısı bu gün- iyunun 29-da Aşqabadda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək Xəzər sammitində iştirak edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.