Fransa Milli Assambleyasının 16-cı çağırış deputatlarının ilk sessiyası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni deputatlar tarixdə ilk dəfə Milli Assambleyaya qadın namizədi sədr seçiblər.
51 yaşlı xanım deputat Yael Bron-Pive (Yael Braun -Pivet) iki turda keçirilən səsvermədən sonra 462 deputatdan 242-sinin səsi ilə Fransa Milli Assambleyasının sədri vəzifəsinə seçilib.
Assambleyanın hüquq komitəsinin keçmiş rəhbəri Yael Bron-Pivenin siyasi karyeraya 2017-ci ildə başladığı bildirilir.
Milli Assambleyanın komitə sədrləri növbəti günlərdə seçiləcək.