İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb.
Senzor.az bildirir ki, toplantıda 30 ölkənin dövlət və hökumət başçısı iştirak edir.
Sammitdən əvvəl toplantı iştirakçıları xatirə fotosu çəkdiriblər.
Xatırladaq ki, Zirvə toplantısında Ukraynadakı vəziyyət və bu ölkəyə hərbi, maliyyə və humanitar yardım məsələləri müzakirə olunacaq. Eyni zamanda Alyansın yeni strateji konsepsiyası qəbul ediləcək. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə də baxılacaq.