ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə Birləşmiş Ştatların bütün Avropada hərbi mövcudluğunu artıracağını deyib.
Senzor.az bildirir ki, C.Baydenin çıxışı NATO-nun saytında yayımlanıb.
ABŞ Prezidentinin sözlərinə görə, NATO bütün istiqamətlərdə - havada, quruda və dənizdə təhdidləri dəf etməyi bacarmalıdır. Cozef Bayden, həmçinin Avropaya əlavə olaraq F-35 döyüş təyyarələrindən ibarət iki eskadrilya göndəriləcəyini bildirib. Bundan əlavə, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu korpusunun (quru qoşunları) qərargahını yerləşdirəcək.