Boris Conson Gürcüstana səfərə dəvət olundu

NATO-nun Madrid sammiti çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında görüş keçirilib.

 

Senzor.az Gürcüstan mətbuatına istinadən bildirir ki, görüşün əsas mövzusu Gürcüstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq və sıx dostluq əlaqələri olub.

 

İ.Qaribaşvili B.Consona Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik inteqrasiyasına sarsılmaz dəstəyinə görə təşəkkür bildirib və tərəfdaşlığın bundan sonra da dərinləşdirilməsinə ümidvarlıq ifadə edib.

 

Tərəflər iki ölkənin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığını müzakirə ediblər. Qeyd olunub ki, bir sıra istiqamətlər üzrə strateji dialoq və əməkdaşlıq formatı ölkələr arasında mövcud münasibətləri yeni səviyyəyə yüksəldib.

 

İ.Qaribaşvili B.Consonu onun üçün münasib vaxtda Gürcüstana səfərə dəvət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.