Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:04-də qeydə alınıb. Ocağı yerin 15.05 kilometr dərinliyində olan zəlzələnin episentri Malatyanın Hekimhan rayonudur.
Fəsadlar barədə hələ ki açıqlama verilməyib.