İsraildə növbədənkənar parlament seçkiləri noyabrın 1-də keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Knessetin bugünkü iclasında qərar verilib.
İsrailin hazırkı baş naziri Naftali Bennett bu seçkilərdə iştirak etməyəcəyini bəyan edib.
“Newsru.co.il” portalı qeyd edib ki, Bennett ailəsi tərəfindən təzyiqlərə məruz qalıb və yaxınları onu siyasətdən getməyə çağırıblar.
Ölkədə seçkilərdən sonra yeni hökumət formalaşdırılanadək ona xarici işlər naziri Yair Lapid rəhbərlik edəcək.
Məlumata görə, müxalifət lideri, keçmiş Baş nazir Binyamin Netanyahu bildirib ki, hakimiyyətə qayıtdıqdan sonra 3 əsas məsələyə diqqət ayıracaqlar: qiymətlərin ucuzlaşması, milli ləyaqətin bərpası, İran təhlükəsinə qarşı mübarizə.