Gürcüstanda ötən sutkada koronavirusa 2 533 yeni yoluxma faktı qeydə alınıb, 1 762 nəfər müalicə olunaraq sağalıb, 57 nəfər vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytı məlumat yayıb.
Qeyd olunur ki, indiyədək ölkədə COVID-19 infeksiyasına 579 031 nəfər yoluxub. Onların 536 321-i sağalıb, 8 146-sı isə ölüb.