Özbəkistanda konstitusiya islahatları: yanlış şərh etirazlara səbəb oldu
VİDEO

Özbəkistanda kütləvi etirazlar baş verib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazlara səbəb konstitusiyaya mümkün düzəlişlər olub.

 

Sakinlərin fikrincə, yeni düzəlişlər onları Özbəkistanın tərkibindən ayrılmaq üçün referendum keçirmək imkanından məhrum edə bilər.

 

O da bildirilir ki, Qaraqalpaqıstan Özbəkistanın ən böyük bölgəsidir və ölkə ərazisinin təxminən 40%-ni əhatə edir.

 

Bu arada hadisə barədə Özbəkistan Daxili İşlər Nazirliyi də məlumat yayıb.

 

Məlumatda deyilir ki, Qaraqalpaqıstan vətəndaşları Nukus şəhərində yürüşlər keçirib, bundan sonra mərkəzi Dehkan bazarının ərazisinə toplaşaraq qanunsuz nümayiş təşkil ediblər. Bunun respublikada aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunub.

 

Bildirilib ki, ictimai asayişin pozulması hallarının və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə bazara hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib. Artıq ictimai asayiş bərpa olunub.

 

Qeyd edək ki, “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ümumxalq müzakirəsi üçün iyunun 25-də parlament nəşrlərində dərc olunub.

 

Parlamentin qərarına əsasən, layihənin müzakirəsi iyulun 5-dək davam edəcək, bundan sonra layihə referenduma çıxarılacaq. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Onların arasında Özbəkistan prezidentinin səlahiyyət müddətinin beş ildən yeddi ilədək uzadılması, ölüm hökmünün qadağan edilməsi, ölkə vətəndaşının xarici dövlətə ekstradisiyasının qadağan edilməsi ilə bağlı bənd var.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.