İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Birinci zəlzələdən sonra daha iki yeraltı təkan müşahidə olunub.
İlkin məlumata görə, zəlzələ nəticəsində 5 nəfər həlak olub, 44 nəfər xəsarət alıb.