Ukrayna hərbçiləri Luqansk vilayətinin ən böyük şəhərlərindən biri olan Lisiçanskini tərk ediblər.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı rəsmi məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün mövqelərindən geri çəkilib: “Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı”.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib. Müdafiə naziri bildirib ki, Lisiçansk şəhəri və ona bitişik bir sıra ərazilər tam nəzarətə götürülüb.