Malayziyanın baş naziri Türkiyəyə gedir - BU GÜN

Malayziyanın Baş naziri İsmayıl Sabri Yakob Türkiyəyə dördgünlük səfər edəcək.

 

Bunu Malayziyanın Ankaradakı səfiri Sazali Mustafa Kamal "Bernama" agentliyinə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Malayziya hökumətinin başçısı Ankaraya iyulun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gələcək.

 

Dilomat qeyd edib ki, səfərin məqsədi ikitərəfli münasibətlərin və iqtisadi əlaqələrin möhkəmlənməsinə, eləcə də aerokosmik və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafına töhfə verməkdir.

 

Səfir əlavə edib ki, tərəflər pandemiyadan sonrakı dövrdə Türkiyə-Malayziya əməkdaşlığının perspektivlərini müzakirə edəcəklər.

 

O, iki liderin görüşünün Ankara ilə Kuala-Lumpur arasında əməkdaşlıq üçün daha da geniş imkanlar açacağına əminliyini ifadə edib.

 

Liderlər həmçinin Ukraynadakı vəziyyət və qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

 

Səfir bildirib ki, baş nazir iyulun 6-da Türkiyənin ən böyük müdafiə və aerokosmik şirkətlərindən biri olan "Makina ve Kimya Endustrisi AŞ" və "Turkish Aerospace Industries"i ziyarət etməyi planlaşdırır.

 

Rəcəb Tayyib Ərdoğan və İsmayıl Sabri Yakob arasında görüş iyulun 7-si baş tutacaq. Baş nazir görüşdən sonra Türkiyə və Malayziya nümayəndə heyətləri arasında danışıqlarda iştirak edəcək.(Trend)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.