İranda indiyədək 37 nəfər vəbaya yoluxub və ölüm halı qeydə alınmayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Səhiyyə Nazirlyi Yoluxucu xəstəliklər üzrə idarəsinin rəhbəri Məryəm Məsudifər deyib.
Onun sözlərinə görə, hazırda qonşu ölkələrdə vəbaya yoluxma halları artıb. Ölkəyə gediş-gəlişlər çoxaldığına görə, ötən illə müqayisədə vəba infeksiyasına yoluxma halları da artıb.
Nazirlik rəsmisi deyib ki, ölkənin bütün tibb universitetlərinə vəba infeksiyasına yoluxanların müalicəsi üçün göstərişlər verilib.
M.Məsudifər, həmçinin əlavə edib ki, vəba infeksiyası dünyada hələ də sağlamlıq üçün təhlükə sayılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə dünyanın 24 ölkəsində 323 mindən çox şəxs vəbaya yoluxub və 857 nəfər ölüb.