Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-u İrana səfər edəcək.
Məlumatı “TRT Haber” yayıb.
Türkiyə lideri İran Prezidenti Seyid İbrahim Rəisi və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Ərdoğanın İrana səfərinin bir gün davam edəcəyi bildirilir.