İsrailin Türkiyədəki Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa etdi

Türkiyənin İstanbul şəhərində İsrailin Ticarət Nümayəndəliyi fəaliyyətini bərpa edib.

 

“NEWSru.co.il” nəşri xəbər verir ki, bunu İsrailin iqtisadiyyat naziri Orna Barbivay elan edib.

 

Onun sözlərinə görə, yaxın günlərdə yeni attaşe təyin olunacaq.

 

Bildirilib ki, 2019-cu ildə əvvəlki ticarət üzrə attaşenin səlahiyyət müddəti başa çatıb və praktik olaraq nümayəndəlik də fəaliyyətini dayandırmışdı.

 

“Nümayəndəliyin fəaliyyətinin bərpası İsrailin Türkiyə ilə iqtisadi əlaqələri dərinləşdirməsinə sadiqliyinin göstəricisidir”, - Orna Barbivay vurğulayıb.

 

Məlumata görə, yeni attaşenin ilk işi 13 illik fasilədən sonra iki ölkənin iştirakı ilə iqtisadi konfrans təşkil etməkdir.

 

“Report” xatırladır ki, 2010-cu ildə ölkələr arasında siyasi münasibətlərin kəskin pisləşməsinə baxmayaraq, Türkiyə İsrailin vacib ticarət tərəfkeşidir. 2021-ci ildə onların arasında ticarət dövriyyəsi 7,7 milyard dollar təşkil edib. Bunun da 2 milyard dolları İsrailin ixracatının payına düşür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.