Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) Baş katibi nigeriyalı Sanusi Barkindo 63 yaşında dünyasını dəyişib.
Senzor.az bildirir ki, bu barədə Nigeriya Milli Neft Korporasiyasının rəhbəri Mallam Mele Kyari “Twitter”də məlumat yayıb.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Sanusi Barkindo 2016-cı ilin avqustundan OPEC-in baş katibi idi.