Hərbi əməliyyatlar davam edərsə, Ukrayna dünya xəritəsindən silinə bilər.
Bunu "Sky News Australia" telekanalına açıqlamasında ABŞ müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.
“Prinsipcə artıq o (Ukrayna - red.) mövcud olmayan dövlətdir və dünya xəritəsindən tamamilə yox ola bilər. Düşünürəm ki, atəşkəs lazımdır”, - deyə Makqreqor telekanalın efirində çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Qərb ölkələri Kiyevi silahla təmin etmək əvəzinə, Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə töhfə verməlidirlər.
Azvision.az xatırladır ki, bir müddət öncə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbin Kiyevi “sonuncu ukraynalıya qədər vuruşmağa” təhrik etmək niyyətində olduğunu demişdi.