“ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etmək istəyir, amma ona təhlükəsizliklə bağlı “müəyyən məqamlar” mane olur”.
Ukrayna Prezidenti Volodimir Zelenski bunu CNN-ə müsahibəsində deyib.
“Biz prezident Baydeni Ukraynada görmək istərdik. Onun bu fikri dəstəklədiyini eşitdim. Lakin belə bir ziyarətə mane olan bəzi təhlükəsizlik məqamları var və biz bunu anlayışla qarşılayırıq”, - deyə Ukrayna lideri bildirib.