Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbasla İsrailin “Eş Atid” partiyasının lideri və ölkənin yeni Baş naziri Yair Lapid arasında telefon danışığı olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Mahmud Abbas Yair Lapidi Baş nazir postuna seçildiyi üçün təbrik edib.
Öz növbəsində Yair Lapid Mahmud Abbası Qurban bayramı münasibətilə təbrik edib.