Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.
Məlumatı TASS yayıb.
Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyiblər.
Qeyd olunur ki, İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il - 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.