Pakistanda güclü yağışların səbəb olduğu daşqınlar və dağıntılar nəticəsində ölənlərin sayı 62-yə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, güclü yağışlar Bəlucistan, Pəncab və Xayber Paxtunxva əyalətlərini, həmçinin Gilgit-Baltistan bölgəsini əhatə edib.
Bəlucistanda təbii fəlakət daha 9 nəfərin həyatına son qoyub.
İyulun 5-dən bəri ölənlərin ümumi sayı 49-a çatıb.
Səlahiyyətlilərin məlumatına görə, onlardan beşini su axını aparıb, divarın uçması nəticəsində dörd uşaq ölüb.
Güclü yağışlar nəticəsində yeddi bənd partlayıb, bir sıra ərazilər su altında qalıb.
Xatırladaq ki, hər ilin iyun-sentyabr aylarında Cənubi Asiyada yağan musson yağışları böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.