İranın tanınmış siyasətçisi və dövlət xadimi Mustafa Tacızadə həbs edilb.
“Tasnim” agentliyi xəbər verir ki, onun həbs edildiyini həyat yoldaşı Fəxrosadat Mötəşəmpur təsdiqləyib.
Məlumata görə, o, iyulun 8-də axşam saatlarında məhkəmənin qərarı ilə həbs olunub. Tacızadə İranın “milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə” və “yanlış icitmai rəy yaratmaqda” ittiham olunur.
“Report” xatırladır ki, Mustafa Tacızadə 1956-cı il noyabrın 22-də Tehranda doğulub. İran İslam İnqilabı Mücahidləri təşkilatının üzvü olub. O, İran Milli Cəbhə Partiyasının rəhbərlərindən sayılır.
Məhəmməd Hatəminin prezidentliyi dönəmdə İranın daxcili işlər naziri, Prezidentin müşaviri vəzifəsini icra edib. 2009-cu ildən 2016-cı ilədək azadlıqdan məhrum edilib və Tehranda Evin həbsxanasında saxlanılıb.
Mustafa Tacızadə həm də hakimiyyətdaxili islahatçı xəttin liderlərindən sayılır, İran Jurnalistlər Birliyinin üzvüdür.